Bakı.Trend:
Yay aylarında ölkə ərazisində 147 daşqın hadisəsi olub.
Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəsi Nazim Mahmudov deyib.
O bildirib ki, bu ölkə tarixində rekord göstəricidir.
“Bütün bunlar iqlim dəyişikliyi fonunda baş verir”,- deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında nazir müavini Umayra Tağıyevanın və ekspertlərin iştirakı ilə qlobal iqlim dəyişmələri mövzusunda dəyirmi masa keçirilib.