Bakı. Trend:
Evlənənlər arasında nikah müqaviləsi imzalanmalıdır. Nikah müqaviləsi hər iki tərəfin üzərinə məsuliyyət qoyur.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva parlamentdə Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O qeyd edib ki, uşağın taleyini də düşünmək lazımdır.
“Uşağı böyütmək, ailəni saxlamaq lazımdır. Nikah müqaviləsi ailə boşanmalarının qarşısını ala bilər. Nikah müqaviləsi mütləq bağlanmalıdır. Bizdə deyirlər ki, bu məcburi deyil. Əvvəllər nikah üçün tibbi yoxlanışa getmək deyilsəydi, heç kim razı olmazdı. Amma qanunvericiliklə icbari ediləndən sonra hər kəs gedir. İndi nikah müqaviləsinin bağlanmasını da məcburi edək? Axı dünyanın heç bir yerində bu, məcburi deyil", - deyə o əlavə edib.