Bakı. Trend:
Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 hərbi qulluqçumuz dəm qazından zəhərlənərək həlak olub.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, onların ölüm faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.