...

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Cəmiyyət Materials 5 Dekabr 2023 15:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

"Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” və “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti