Bakı. Trend:
Ötən 1 həftə ərzində insanlar “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi ilə bağlı müraciətlər edirlər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mətbuat konfransında deyib.
O bildirib ki, həmin insanlar tərəfindən layihə ilə bağlı müxtəlif suallar olub.
"Sual olunur ki, müzakirəyə çıxarılan sənəd ordunun uzun on illər fədakarlıqla xidmət edən və 2020-ci ildə bizi Zəfərə gətirən hərbi qulluqçuların gələcək pensiya təminatının ziyanınadırmı? 2024-cü ilin 1 yanvarına qədər 17 il hərbi xidmət keçmiş şəxslər, həmçinin 44 günlük vətən müharibəsində olan hərbçilərimiz məhz indi qüvvədə olan şərtlərlə təqaüdə çıxa biləcəklər. Bu şərtlər onların indiki təminatına təsir etməyəcək", - deyə o əlavə edib.