...

İsmayıllıda vələs və fıstıq ağaclarını qanunsuz kəsən şəxslər ƏLƏ KEÇİB

Cəmiyyət Materials 5 Dekabr 2023 19:19 (UTC +04:00)
İsmayıllıda vələs və fıstıq ağaclarını qanunsuz kəsən şəxslər ƏLƏ KEÇİB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllıda meşə fonduna daxil olan ərazidə ağacları qanunsuz kəsən şəxslər müəyyən olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllı rayonunun Zərnava kəndində meşə fonduna daxil olan ərazidə 20-yə yaxın vələs və fıstıq ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin ağacları kəsən 3 nəfər rayon sakini müəyyən olunub.

Hazırda faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti