...

Dünyada üç qadından biri zorakılığa məruz qalır - AŞ Gender Bərabərliyi şöbəsinin müdiri

Cəmiyyət Materials 6 Dekabr 2023 12:00 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada üç qadından biri zorakılığa məruz qalır.

Trend xəbər verir ki, bunu Avropa Şurası Gender Bərabərliyi şöbəsinin müdiri Ketrin Boloqnes dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxış zamanı deyib.

O qeyd edib ki, bu rəqəmlər vəziyyətin nə dərəcə ciddi olduğunu bildirir.

“Zorakılıq cəmiyyət üçün ağır bir yükdür. Ona görə bunun qarşısının alınması üçün koordinasiyalı hərəkət edilməlidir. Günahkarlar təqib edilərək cəzalandırılmalıdır. Həmçinin, monitorinq fəaliyyəti tam şəkildə həyata keçirilməlidir. Qadınların səlahiyyətləndirilməsi təşviq edilməlidir. Vətəndaş cəmiyyəti bu mövzuda birlikdə olmalıdır”, - deyə o bildirib.

K.Boloqnes əlavə edib ki, bu məsələyə qlobal miqyasda yanaşmaqla, biz təcrübələrimizi bölüşərək məsələnin həllinə töhfə verə bilərik.

Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti