...

“Bəziləri gizlətsə də, araşdırmalar çox sayda qadının zorakılığa məruz qaldığını göstərir - BMT-nin Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi

Cəmiyyət Materials 6 Dekabr 2023 12:44 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Əhali Fondu Azərbaycanın güclü tərəfdaşıdır.

Trend xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Mariam A.Khan dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxış zamanı deyib.

Onun sözlərinə görə, məişət zorakılığı yalnız qadınlarla yox, insan hüquqları ilə bağlı problemdir.

“Bəziləri zorakılıq faktlarını gizlətsə də, aparılan araşdırmalar çox sayda qadının zorakılığa məruz qaldığını göstərir. Məişət zorakılığının qarşısını almağa müxtəlif aspektlərdən yanaşmaq lazımdır. Məktəblərdə bununla bağlı maarifləndirmə aparmalıyıq. Kişilərin və oğlan uşaqlarının bu prosesə qoşulması çox vacibdir”, - deyə o bildirib.

Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti