...

Bakıda uzunluğu 7 kilometr olan velosiped yolu salınacaq

Cəmiyyət Materials 18 Dekabr 2023 11:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mobillik layihəsində velosiped və skuterlər də nəzərə alınıb. İlk mərhələdə Bakıda uzunluğu 7 kilometr olan velosiped yolu salınacaq.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib.

O əlavə edib ki, piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir.

“Taksi xidməti də həmçinin, diqqət mərkəzindədir. Ötən dövr ərzində bir sıra qanunlara dəyişiklik edilib. Bundan sonra, alt qaydalara dəyişikliklər gözlənilir. Ardınca yeni qanunvericiliyin tətbiqinə başlanılacaq”, - deyə nazir müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti