...

Salyanda qanunsuz ov edən şəxs saxlanılıb

Cəmiyyət Materials 9 Yanvar 2024 08:36 (UTC +04:00)
Salyanda qanunsuz ov edən şəxs saxlanılıb

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Xıdırlı kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Bakı şəhər sakini R.Bayramov saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Salyan RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti