...

Paytaxtda evdən 17 min manat dəyərində qızıl oğurlandı

Cəmiyyət Materials 29 Yanvar 2024 11:51 (UTC +04:00)
Paytaxtda evdən 17 min manat dəyərində qızıl oğurlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtın Xətai rayonu ərazisində mənzillərin birindən 17 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti