...

Bakı-Tbilisi təyyarəsi geri qayıdıb

Cəmiyyət Materials 17 Fevral 2024 08:25 (UTC +04:00)
Bakı-Tbilisi təyyarəsi geri qayıdıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 08:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti