...

Ailələrdəki problemlərin cəmiyyətdə, məktəbdə təzahürünü görürük - Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü

Cəmiyyət Materials 20 Fevral 2024 15:20 (UTC +04:00)
Ailələrdəki problemlərin  cəmiyyətdə, məktəbdə təzahürünü görürük -   Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hadisənin nə zaman baş verməsinin, yəni, zaman baxımından bunun hansı zamanda olmasının heç bir əhəmiyyəti yoxdur.

Bu barədə Trend-in suallarını cavablayarkən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

"Əlbəttə ki, haqlı olaraq bütün cəmiyyət bunu qınayır. Amma bu qınamada subyektiv məqamlar müşahidə edirəm. Bu hadisə məktəbə yaraşmır. Aydındır. Yaxşı, məktəbə yaraşmır. Bəs hara yaraşır? Cəmiyyətimizə mi yaraşır? Bizim ailələrə mi yaraşır? Azərbaycanda çox gözəl ailə institutları olub, amma bu ailə institutu bu gün xeyli deqradasiyaya uğrayıb. Biz ailə institutlarındakı məhz o problemlərin cəmiyyətdə, məktəbdə, universitetdə təzahürünü görürük.

Heç bir məktəbdə bu kimi davranış təlqin olunmur və heç zamanda bu cür davranış və bu cür ifadələr məktəb mövzusu olmayıb. Deməli, bu, məktəbə aid davranış deyil. Və bu nədən qaynaqlanır və bunun kökünü tapmaq lazımdır. Mən hesab edəm ki, bu hal sadəcə olaraq ictimailəşib deyə ,insanlar deyirlər ki, bəli, bu xoşa gəlməzdir və s. Mən əmin edirəm ki, sizi, bəlkə də bundan da pis hallar mövcuddur. Sadəcə onları bilmirik. Mən o baxımdan düşünürəm ki, cəmiyyət əslində özü-özünü məzəmmət etməlidir. Bugün kifayət qədər problemli, ailələr mövcuddur. Kifayət qədər bu problemli ailələrdə böyüyən uşaqlar var ki, onlar sanki sahibsiz uşaqlar kimi böyüyür, Deməli, biz haradasa işimizi səhv qurmuşuq. Biz təbliğatımızı düz qura bilməmişik. Mən hesab edirəm, burada medianında, televiziyanın da böyük günahı var. Marifləndirici dəyərləri təbliğ edən verilişləri getməlidir. Yəni, gerçəkdən bunu, bu hadisənin məktəblə heç bir əlaqəsi olmasını qəbul edə bilmirəm.

Məktəbdə hansı müəllim uşağa bu cür davranışı sərgiləyir, şagirdin yanında elə ifadələr işlədir? Təbii ki, işlətmir.

Biz onları yalnız və yalnız tərbiyə eləməliyik. Cəmiyyət də özünü tərbiyyə etməlidir. Bu gün biz nəyi müşahidə edirik? Məktəbin üzərində, məllimin üzərində sanki bir təzyiq var. Sanki müəllim mənim uşağıma güldən artıq söz deyə bilməz deyə, bundan sui- istifadə edən var. İnanın və əmin olun ki, axtarsanız görəcəksiniz ki, bu uşaqların əksəriyyəti problemli ailələrdən olan uşaqlardır. Çünki normal ailədə elə uşaq ola bilməz. Və yaxud araşdırsanız, görərsiniz ki, bu uşaqlar sadəcə ailədə diqqətdən kənarda qalmış uşaqlardır. Əlbəttə, şagirdlərin tərbiyyəsi ilə bağlı məqamlara daha çox diqqət edilməlidir.

Mən düşünürəm ki, həm də cəza mexanizmi burada mütləq işləməlidir, başqa cür bunun yolu yoxdur. Məktəblərdə həqiqətən də çətin tərbiyyə olunan uşaqlar var. Onlar haradan gəlib? Təbii ki, ailələrdən gəliblər.

Mən yaşadığım ərazidə baxıram, səhərdən axşama kimi uşaqlar küçələrdədirlər, onların valideynləri ictimai qınağa tuş gələndə, nə qədər böyük problemlərinin olduğunu görürük. Yəni, söhbət ondan gedir ki, ailələr günahkardır. Hesab edirəm ki, məktəb bu məsələdə daha ciddi işləməlidir, mütləq işləməlidir. Yəni, bizim başqa variantımız və seçimimiz yoxdur", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti