...

Ağsuda polisə 10 ədəd odlu silah könüllü təhvil verilib

Cəmiyyət Materials 25 Fevral 2024 12:39 (UTC +04:00)
Ağsuda polisə 10 ədəd odlu silah könüllü təhvil verilib

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilmiş profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq icra hakimiyyəti orqanından icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti