...

“Neftçi”nin bazasına hücum edən 2 azarkeş HƏBS OLUNDU, 2-si CƏRİMƏLƏNDİ

Cəmiyyət Materials 4 Mart 2024 19:24 (UTC +04:00)
“Neftçi”nin bazasına hücum edən 2 azarkeş HƏBS OLUNDU, 2-si CƏRİMƏLƏNDİ
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar.

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti