...

Abşeronda yeni qəsəbə yaradılır

Cəmiyyət Materials 5 Mart 2024 13:24 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsi “Şəfəq” qəsəbəsi adlandırılacaq.

Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində qeyd olunub.

Həmin əraziyə qəsəbə statusunun verilməsi planlaşdırılır.

Qanun layihəsində qeyd edilir ki, rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılsın. Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin. Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

Xəbər lenti

Xəbər lenti