Bakı. Trend:
Müasir Avropada din əsasında haqsızlıqların şahidiyik.
Trend xəbər verir ki, bunu Omdudsman Aparatının rəhbəri Aydın Səfixanlı Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.
"Müsəlman qadınların geyim formasına ilişmək artıq adi hal alıb. Bəzi Avropa ölkələri qeyri-tolerantlığa son qoymalıdır.
Fransa beynəlxalq öhdəliklərə riayət etmir. Beynəlxalq hüquqa görə, silahlı münaqişələrdə qadınlar qorunmalıdır. Amma biz tarixən şahidiyik ki, azərbaycanlı qadınlar müxtəlif zamanlarda etnik təmizləməyə, soyqırımına məruz qalıb. Bu islamofobiyanın birbaşa təzahürüdür", - deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
