...

Qobuda itlərin hücum etdiyi uşağın SON VƏZİYYƏTİ

Cəmiyyət Materials 11 Mart 2024 10:51 (UTC +04:00)
Qobuda itlərin hücum etdiyi uşağın SON VƏZİYYƏTİ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə yaralanan 9 yaşlı uşağın son vəziyyəti açıqlanıb.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, pasiyent bu gün reanimasiyadan palataya köçürülüb.

"Azyaşlının vəziyyətində müsbət dinamika müşahidə olunur. Hazırda müalicəsi palata şəraitində davam etdirilir", - deyə bildirilib.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında azyaşlını itin parçalaması barədə görüntülər yayılıb. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti