...

Sabah hava necə olacaq? - PROQNOZ

Cəmiyyət Materials 14 Mart 2024 12:39 (UTC +04:00)
Sabah hava necə olacaq? - PROQNOZ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Bakıda 13, rayonlarda 15 dərəcə isi olacaq.

Bu barədə Trend-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7°, gündüz 8-13° olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8°, gündüz 10-15°, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti