...

Kütləvi məzarlıqda tapılanlardan yeddisi Xocalıda dəfn olunacaq

Cəmiyyət Materials 27 Mart 2024 14:04 (UTC +04:00)
Kütləvi məzarlıqda tapılanlardan yeddisi Xocalıda dəfn olunacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

Xocalıda kütləvi məzarlıqda tapılanlardan doqquz nəfərin DNT-si məlumdur.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov deyib.

“Onlardan yeddisi bu yaxınlarda Xocalıda dəfn olunacaq. Artıq orada Şəhidlər xiyabanı salınır”, - deyə icra başçısı əlavə edib.

Xatırladaq ki, Xocalıda kütləvi məzarlıqda 18 nəfərin qalıqları aşkar edilib. Onlardan 9-nun adları məlum olub.

Həmin şəxslər aşağıdakılardır:

(Xocalı rayon sakinləri)
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935
6. Nəcəfov Şiraslan Məmiş oğlu - 1952-ci il təvəllüdlü

(Xankəndi şəhər sakinləri)
6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Xəbər lenti

Xəbər lenti