...

İsmayıllıda yol çöküb, gediş gəliş çətinləşib (FOTO)

Cəmiyyət Materials 30 Mart 2024 20:16 (UTC +04:00)
İsmayıllıda yol çöküb, gediş gəliş çətinləşib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı-Lahıc avtomobil yolunda, Girdiman çayı üzərində olan körpünün torpaq qatına birləşən nöqtəsində çökmələr baş verib. Nəticədə iki zolaqlı yolun bir zolağının çiyin və torpaq yatağı, həmçinin asfalt qatı sürüşməyə məruz qalıb.

Trend-in məlumatına görə, bu səbəbdən avtomobillərin gediş gəlişində müəyyən çətinliklər yaranıb. Hazırda yolun hərəkət hissəsinin bir zolağı ilə minik avtomobilləri keçid etsələr də yük və digər ağır texnikaların körpüdən hərəkəti məhdudlaşdırlıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolda sürüşməyə səbəb son günlər yağan yağışlardan sonra çaylarda suyun artması və gələn sel sularının yolun bir hissəsini yuması olub. “Artıq yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Əraziyə canlı qüvvə və ağır texnika cəlb edilib. Ən qısa zamanda ortaya çıxan çətinlik aradan qaldırılaraq gediş-gəliş tamamilə bərpa ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti