...

İki qadın gözəllik salonundan 7 min manatlıq oğurluq etdi

Cəmiyyət Materials 8 Aprel 2024 10:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda gözəllik salonundan oğurluq edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 7000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 2 qadın müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti