...

Sabah temperatur 27 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 15 Aprel 2024 12:46 (UTC +04:00)
Sabah temperatur 27 dərəcəyədək yüksələcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 18-23° olacaq. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 22-27°, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Xəbər lenti

Xəbər lenti