...

Ağdərədə odlu silahlar aşkarlandı

Cəmiyyət Materials 22 Aprel 2024 15:56 (UTC +04:00)
Ağdərədə odlu silahlar aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdərədə odlu silahlar aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları Ağdərə şəhər ərazisindən 2 avtomat, 2 tapança, 15 müxtəlif patron darağı, 2 dəbilqə, 2 canqoruyucu, 1 süngü bıçaq və 534 ədəd patron aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti