...

Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları təsdiq edildi

Cəmiyyət Materials 23 Aprel 2024 17:06 (UTC +04:00)
Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları təsdiq edildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları” təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Sənədə əsasən, ünvan sahibi olmadığı təqdirdə prosessual sənədin verildiyi şəxs onu mümkün olan ən qısa müddətdə ünvan sahibinə verməlidir.

Ünvan sahibi və ya digər şəxs prosessual sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarəetmə orqanı, yerli icra hakimiyyəti orqanı və ya iş yerinin müdiriyyətinin iştirakı ilə prosessual sənədin verilməməsinin səbəblərinə dair müvafiq qeydlər etdikdən sonra onu cinayət prosesini həyata keçirən orqana qaytarır. Bu halda prosessual sənəd rəsmi qaydada verilmiş hesab olunur.

Xəbər lenti

Xəbər lenti