...

Zabuxçaydan əldə edilən "yaşıl enerji" ölkənin enerji sisteminə ötürüləcək (FOTO)

Cəmiyyət Materials 15 May 2024 13:02 (UTC +04:00)
Zabuxçaydan əldə edilən "yaşıl enerji" ölkənin enerji sisteminə ötürüləcək (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

"Prezidentin izi ilə" mediaturu çərçivəsində media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin Laçın rayonunda açılışını etdiyi “AzərEnerji” ASC-nin “Zabux” kiçik su elektrik stansiyasında olublar.

Trend-in Qarabağ bürosu xəbər verir ki, "Zabux" KSES-lə bağlı media nümayəndələrinə məlumat verilib.

“AzərEnerji” ASC-nin texniki istehsalat idarəsinin rəis müvani Muxtar Mahmudov bildirib ki, 2,8 MVt gücündə olan “Zabux” KSES-də il ərzində 8-9 milyon kilovat-saat "yaşıl" enerji istehsal ediləcək.

"Elektrik stansiyası Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində tikilib. Burada istehsal olan elektrik enerjisi həm Laçın rayonun daxili enerji tələbatına istifadə olunur. Artıq qalan hissə isə ölkə enerji sisteminə ötürüləcək. Stansiyanın enerji sisteminə inteqrasiyası üçün yeni yarımstansiyalar tikilib, 35 kV-luq yeni elektrik verilişi xətti çəkilib.

Yeni optik kabel xətti çəkilməklə stansiya ölkə enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya edilib. Nəticədə rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyalara Bakıdan nəzarətin əlçatanlığı təmin edilib.

Zabux çayının tam olaraq Azərbaycan ərazisində formalaşan, bolsulu və itiaxan dağ çayı olduğunu nəzərə alsaq, azsulu mövsümlərdə də bu stansiyanın məhsuldar istismarı mümkün olacaq".

AzərEnerji” ASC-nin nümayəndəsi Qarıqışlaq su elektrik stansiyası barədə də məlumat verib. Bildirib ki, bu su elektrik stansiyasında Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində inşa edilib.

"Burada 11-12 milyon kilovat-saat elektrik enerjisi istehsal potensialı var. Bu stansiyada ölkə enerji sisteminə inteqrasiya olunub. İstehsal olunan elektrik enerjisi ölkə enerji sisteminə ötürülür. Həmçinin, Laçın rayonunun daxili elektrik enerjisi tələbatına sərf olunur. Məlumat üçün onu da deyim ki, hər iki elektrik stansiyasında ekoturbinlər quraşdırılıb ki, bu turbinlər çayda ekoloji axımın normasını qorumaqla, ümumilikdə 1.4 dəfə daha artıq ekoloji axımın saxlanılmasına şərait yaradır.

Çay səviyyəsinin azalması halında isə avtomatik dayanır. Eləcə də, bu su elektrik stansiyalarının tikintisində yeni balıq ötürücü qurğular, həmçinin, lil tutucu qurğular tikilməklə stansiyanın ekologiyaya təsirləri minimuma endirilib".

Xəbər lenti

Xəbər lenti