Bak. Trend:
Bu ilin sonuna ölkə üzrə 100% genişzonlaqlı internet təminatı məsələsi öz həllini tapacaq.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
Onun sözlərinə görə, artıq bugünkü rəqəmlər təxminən 80%-ə yaxındır.
“Əksər bölgələrimizdə artıq fibrooptik internet xətləri mövcuddur. 100% deyəndə biz bunun 95%-ni fiberoptik xətlərlə icra etməyi nəzərdə tuturuq. Bəzi ucqar kəndlərimizdə isə simsiz şəbəkə vasitəsilə interneti təmin edəcəyik. Amma ortalama 35 geqabit internet sürətindən söhbət gedir. Bu, kifayət qədər yüksək sürətli internet deməkdir”, - deyə nazir müavini bildirib.