Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərini sürətlə davam etdirir.
Trend bu barədə quruma istinadən xəbər verir.
Bildirilir ki, 104,7 km uzunluğunda dəmir yolunun tikintisi üzrə işlərin 56%-i tamamlanıb.
"Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir", - deyə məlumatda qeyd olunub.