...

Sertifikatlaşdırma prosesi nəticəsində işdən ayrılanlar müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur - Emin Əmrullayev

Cəmiyyət Materials 27 İyun 2024 15:15 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində işdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur.

Trend xəbər verir ki, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə söyləyib.

"Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür və nəticədə müəssisə üzrə orta dərs yükü artır", - deyə nazir əlavə edib.

Qeyd edək ki, iyunun 24-də xarici dil (alman dili, fransız dili, rus dili və ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rus bölməsi), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma prosesinin test mərhələsində iştirak ediblər. Daha əvvəl riyaziyyat və ingilis dili müəllimləri ilk dəfə sertifikasiyaya cəlb olunublar.

Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris fənni üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti