Bakı. Trend:
2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olundu.
Təhsil İnstitundan Trend-ə verilən məlumata görə, şagirdlər
sy.edu.az platforması üzərindən yaradılmış “Şəxsi
kabinet”lərinə daxil olaraq qəbul nəticələrini öyrənə bilərlər.
Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları
təqdirdə, şəxsi kabinetlərinə daxil olaraq 18 iyul 12:00-a qədər
qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd olunan
tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri şəxsi
kabinetdən təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab
ediləcək. Lisey yaxud gimnaziyaya qəbul olan və valideyn modulundan
təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik
yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.
Qeyd edək ki, qəbul imtahanında iştirak edən 29480 şagirddən 21694 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb. Seçimdə iştirak edən 17003 şagirddən 3731 nəfəri mərkəzi imtahanlı lisey və gimnaziyalara qəbul olunub.
Qəbul nəticələri ilə bağlı müraciətlər 16 iyul saat 12:00-a qədər ARTİ-nin rəsmi elektron ünvanına ([email protected]) edilə bilər.
Müvafiq keçidə daxil olmaqla keçid balları ilə tanış ola
bilərsiniz:
Keçid balları