...

Horadiz-Ağbənd dəmir yolunda inşa edilən tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsi üçün də imkan verir (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2024 18:18 (UTC +04:00)
Horadiz-Ağbənd dəmir yolunda inşa edilən tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsi üçün də imkan verir (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Zəngilan.Trend:

Horadiz-Ağbənd dəmir yolu xəttinin 106-ci km-də inşa edilən tunelin uzunluğu 1071 metr təşkil edir.

Trend-in Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-in Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası və görülən son işlərə dair əraziyə təşkil edilən mediaturda jurnalistlərə ADY-in şöbə müdiri Fəyaz Rüstəmov deyib.

O bildirib ki, inşa edilən tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsi üçün də imkan verir.

“Tunelin tikintisi Yeni Avstriya üsulu ilə yerinə yetirilir. Bu üsulda tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətindən asılı olaraq tunelin konstruksiyasına dəyişikliklər olunur, bu da tikinti xərclərinin optimallaşdırılmasına səbəb olur.

Qazma işləri qazma-partlatma üsulu ilə aparılır.Tuneldə qazma işləri həm giriş, həm də çıxış tərəfdən aparılır”,-deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti