Zəngilan. Trend:
Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpünün uzunluğu 771 metrdir və 23 aşırımdan ibarətdir. Körpünün dayaqları diametri 1200 mm olan monolit dəmir-beton qazma-doldurma svayların üzərində layihələndirilmişdir.
Trend-in Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-in Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası və görülən son işlərə dair əraziyə təşkil edilən mediaturda jurnalistlərə ADY-in şöbə müdiri Fəyaz Rüstəmov deyib.
O bildirib ki, sözügedən körpünün tikintisinin səbəbi dəmir yolunun bu həssədə Xudafərin su anbarına yaxın yerləşməsidir.
“Körpünün dəmir-beton işləri tamamlanıb, hərəkət tavasının izolyasiya işlərinin başlanması planlaşdırılır”, - deyə o qeyd edib.