Bakı. Trend:
İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Eldar Abbasov və Əcəb İsmayılov saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.