Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları"na məxsus qatarlarda velosiped
aparılmasına icazə verilib-verilməməsinə aydınlıq gətirilib.
ADY-dan
Trend-ə verilən məlumata görə, qatarlarda əl yükləri üçün
nəzərdə tutulmuş yerlərdə bir ədəd qatlanabilən mühərriksiz və
batareyasız velosipedi çexolunda, eləcə də, FLIRT markalı
qatarların dördüncü vaqonunda mühərriksiz və 2 ədəd batareyasız
velosipedlərin daşınması üçün nəzərdə tutulmuş yerdə açıq
vəziyyətdə ödənişsiz aparmaq mümkündür.