Bakı. Trend:
2024-cü ilin avqust ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 min nəfərdən çox olub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onların 109,7 min nəfəri yaşa, 14,6 min nəfəri əlilliyə, 20,7 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır.