...

Səs-küysüz, göz oxşayan “Xaqani” bağından FOTOREPORTAJ

Cəmiyyət Materials 14 Sentyabr 2024 17:00 (UTC +04:00)
Səs-küysüz, göz oxşayan “Xaqani” bağından FOTOREPORTAJ
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda yerləşən “Xaqani” bağında və ətraf ərazilərdə aparılan abadlıq və yenidənqurma işləri başa çatıb.

“Xaqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.

Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.

Əvvəllər səs-küyü, qarışıqlığı ilə seçilən bu məkanda indi şəhər sakinlərinin rahat istirahəti, uşaqların əyləncəsi, təhlükəsizliyi üçün lazım olan hər şey nəzərə alınıb. İndi gözəlliyi ilə göz oxşayan bağda təbiətin, quşların, bir də uşaqların şən səsləri yüksəlir.

Trend-in əməkdaşı abadlıq və yenidənqurma işlərindən sonra “Xaqani” bağındakı vəziyyəti kamerasının yaddaşına köçürüb:

Xəbər lenti

Xəbər lenti