...

Süni intellekt müəllimlərin rolunu heç vaxt azaltmayacaq - Dünya Təhsil Forumunun direktoru

Cəmiyyət Materials 4 Oktyabr 2024 11:35 (UTC +04:00)
Süni intellekt müəllimlərin rolunu heç vaxt azaltmayacaq - Dünya Təhsil Forumunun direktoru
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Texnologiya və süni intellekt müəllimlərin rolunu heç bir zaman azaltmayacaq.

Trend xəbər verir ki, bu barədə Dünya Təhsil Forumunun direktoru Dominik Savaj Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, məktəblər də fərdi qaydada inkişafa can atmalıdırlar.

“Biz məktəblərdə şagirdlərə planetə hörmət etməyi aşılamalıyıq. Gənclərdə yaşıl gündəliyə qarşı necə maraq yarada bilərik? Yaşıl təhsillə bağlı başlanğıc erkən yaşlarda başlayır”,- deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 4-də ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilir. Əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə "yaşıl təhsil" ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə baş tutur.

Xəbər lenti

Xəbər lenti