...

Bakının bu rayonunda işıq sönəcək

Cəmiyyət Materials 15 Oktyabr 2024 09:35 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək paytaxtın Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti