...

Ağdamda məktəb tikintisi ilə bağlı görülən işlər açıqlanıb

Cəmiyyət Materials 15 Oktyabr 2024 16:24 (UTC +04:00)
Ağdamda məktəb tikintisi ilə bağlı görülən işlər açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Ağdam şəhəri 2 nömrəli tam orta məktəb üçün 960 şagird yerlik binanın layihəsi hazırlanır.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi Tikinti və Təchizat İdarəsi Ümumi şöbənin müdiri Tural Hətəmxanov Xəzər İnşaat Həftəsində deyib.

O qeyd edib ki, Ağdam şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında tikinti işləri davam edir.

"Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərində də məktəb tikintisi ilə bağlı işlər davam etdirilir. Daha vacib məsələ davamlı məşğulluğun təmin edilməsi məsələsidir. Bununla bağlı işəgötürən və iri şirkətlərlə danışıqlar aparılır. Ağdamda peşə təhsili mərkəzi yaradılacaq. Hazırda layihə-smeta sənədləri hazırlanır və ilin sonuna qədər proses tamamlanacaq. Hədəfimiz ən müasir standartlara cavab verən təhsil ocaqlarının yaradılmasıdır", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 noyabr tarixli 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işləri həyata keçirilir .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti