Bakı. Trend:
Bakıda və rayonlarda dekabrın 8-də hava şəratinin bəzi yerlərdə fasilələrlə yağışlı, qısamüddətli leysan xarakterli olacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli
olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə
arabir duman. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir
güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda
gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.