Bakı. Trend:
Bələdiyyələr vergilərin toplanmasında problemlər yaşayırlar.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin (2024-cü il üzrə) müzakirəsində çıxışı zamanı deyib.
“Bu gün bələdiyyələrin bir çox problemləri var. Onlar əmlak və torpaq vergisi ilə maliyyələşirlər, digər mənbələr də var, amma daha çox bu ikisidir. Bələdiyyələr bu vergilərin toplanmasında problem yaşayırlar”, - o bildirib.
Millət vəkili qeyd edib ki, ölkədə sənədsiz evlər problemi də qalmaqdadır.
“Bu problem də hələ tam həll olunmadığı üçün bələdiyyələr vergilərin yığılmasında müəyyən problemlərlə qarşılaşır”, - deyə Arzuxan Əlizadə əlavə edib.