Bakı. Trend:
Azad olunan ərazilərdə ötən həftə (03.02.2025 - 09.02.2025) ərzində 78 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 294 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 787 hektar ərazi minalardan təmizlənib.