...

Bu dərman vasitələrini pərakəndə satanlar 7 min manatadək cərimələnəcək

Cəmiyyət Materials 17 Fevral 2025 14:34 (UTC +04:00)
Bu dərman vasitələrini pərakəndə satanlar 7 min manatadək cərimələnəcək
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin pərakəndə satışına görə – inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.

Bu Məcəllənin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərərin vurulmasına görə – inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

"Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə – vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə – əlli manat məbləğində cərimə edilir.

Xəbər lenti

Xəbər lenti