...

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Cəmiyyət Materials 19 Fevral 2025 15:12 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Trend xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.

Bildirilib ki, xəbərdarlığa əsasən, fevralın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 22-si səhər saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, fevralın 21-də açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 2-3 metr, sonrakı inkişafda 5-7 metrə çatacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti