...

Döyüş yoldaşları bizə necə yaralandığını deyə bilmədilər - Şəhidin qardaşı

Cəmiyyət Materials 19 Mart 2025 12:10 (UTC +04:00)
Döyüş yoldaşları bizə necə yaralandığını deyə bilmədilər - Şəhidin qardaşı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Qardaşımla sonuncu dəfə danışan mən olmuşam. Döyüş yoldaşları bizə deyə bilmədilər ki, necə yaralanıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bu gün nəşinin qalıqları dəfn edilən Atakişi Atayevin qardaşı Fəxrəddin Atayev deyib.

"O, mənə zəng edərək dedi ki, biz cəbhəyə gedirik. Həmin vaxt o, Hərbi Komissarlıq tərəfindən döyüşlərə cəlb edilmişdi. 31 yaşı var idi. Ali təhsilli idi.

Döyüş yoldaşları bizə konkret olaraq bir şey deyə bilmədilər ki, necə yaralanıb. Sadəcə deyilirdi ki, başından qəlpə yarası alıb, sonradan iz itirilib, başqa istiqamətlərə gedib. 33 ildən sonra artıq müəyyənləşdi. Bu gün Bakıda torpağa tapşırılır.

Qardaşımın son döyüş yeri Ağdam şəhərinin ovaxtkı Naxçıvanlı kəndi olmuşdu. Hazırda həmin ərazi Xocalı rayonuna aiddir. Ailəli olub, bir övladı var. Üç qardaşın böyüyü idi”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti