...

"Qayıdış Konsepsiyası"nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüs dəstəklənib

Cəmiyyət Materials 11 İyun 2025 10:13 (UTC +04:00)
"Qayıdış Konsepsiyası"nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüs dəstəklənib
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

"Qayıdış Konsepsiyası"nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüs dəstəklənib.

Trend xəbər verir ki, bunu “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinqdə QHT-lərə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Aygün Əliyeva deyib.

Aygün Əliyeva bildirib ki, artıq 3 ildir ki, “Qərbi Azərbaycana qayıdış” mövzusu Agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən biridir:

"Bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - "Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib.

Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai müzakirələr açıb, yan tədbirlər təşkil etməyə nail olublar".

Onun sözlərinə görə, ümumilikdə, bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib:

“Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə QHT-lərin indiki miqyasda fəallığı heç vaxt olmayıb. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları haqlı olaraq, bu mövzuya Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın yeni hədəfi kimi yanaşır, bu ümumxalq arzusunu reallığa çevirmək üçün imkanlarını səfərbər edir”.

Xəbər lenti

Xəbər lenti