...

Salyanın bir sıra kəndlərində işıq olmayacaq

Cəmiyyət Materials 12 Noyabr 2025 09:28 (UTC +04:00)
Salyanın bir sıra kəndlərində işıq olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Salyanın bir sıra kəndlərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində trassa “Azərişıq” ASC-nin 35 kV-luq hava xətləri ilə kəsişir.

Bununla əlaqədar olaraq 12 noyabr tarixində saat 09:30-dan 13:30-dək Salyanın Qırxçıraq, Seydan, Parçaxalac, Pratman, Gəncəli, Həsənli, Bəşirabad, Şəkərli, Yenikənd, Kürsəngi, Abad, Xalac və Kolanı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri tamamlandıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti