Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mütəmadi olaraq şəhid və qazi ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır, problemlərinin həllinə köməklik göstərir.
Trend xəbər verir ki, Elnur Rzayev növbəti dəfə Xaspoladoba kəndində Vətən müharibəsi şəhidi İmamov Rəhim Rauf oğlunun ailəsini ziyarət edib, sosial qayğıları ilə maraqlanıb. Şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib. Bildirib ki, qəhrəman oğullarımızın şücaəti Vətən torpaqlarının azadlığa qovuşmasında mühüm rol oynayıb və onların döyüş meydanındakı igidliyi gələcək nəsillərə örnəkdir.
Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid Rəhim İmamovun atası Rauf İmamov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
