...

Ötən ay Qarabağ və Şərqi Zəngəzurda 5 min hektardan çox ərazi minalardan təmizlənib

Cəmiyyət Materials 7 Yanvar 2026 10:00 (UTC +04:00)
Ötən ay Qarabağ və Şərqi Zəngəzurda 5 min hektardan çox ərazi minalardan təmizlənib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ilin dekabr ayı ərzində Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 5,098.7 ha ərazi təmizlənib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq ANAMA-dan bildirilib.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda 4 169 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

"Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2025-ci ilin dekabr ayı ərzində 4.4 ha ərazi təmizlənib, 5 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb",-deyə qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti