...

Bakıda evdən 29 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Cəmiyyət Materials 25 Yanvar 2026 12:34 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal rayonu ərazisində naməlum şəxs evlərdən birinin qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olub və ev sahibinə məxsus 900 manat, həmçinin 29 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Trend xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər soyğunçuluqla əlaqəli cinayətə görə məhkum olunmuş 52 yaşlı M.Hüseynova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti